Vizual sənətçi, fotoqraf və foto redaktoru. Əsərlərində siyasət, cəmiyyət, insan və təbiət mövzularındakı problemlərə
əsas yer verir. Bədii ifadə vasitəsi kimi foto, video və kollaj istifadə edir.
1988-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin İşletme Bölümündən məzun oldu. Aktiv olaraq foto çəkməyə
2006-cı ildə başladı. 2016-cı ildə Anadolu Universiteti Fotoqrafçılıq və Kameraçılıq Bölümünü bitirdi.
Müxtəlif kitab və jurnallarda fotoqrafiyaları dərc edildi. Milli və beynəlxalq müsabiqələrdə nümayiş etdirilən fotoqrafiyaları var. Həmçinin
bir çox karma foto layihəsində fotoqrafiyaları sərgiləndi.
2015-2019-cu illər arasında İstanbul Fotoqrafiya və Kino Həvəskarları Dərnəyində İdarə Heyəti Üzvü və Təhsil və
Layihələr Bölməsinin Koordinatoru və Əsas Fotoqrafiya Seminarları təlimçisi kimi fəaliyyət göstərdi. Bu dövrdə Beynəlxalq
səviyyəli 24. və 25. İstanbul Fotoqrafiya Günlərinin Koordinatorluğunu həyata keçirdi və Təşkilat Komitəsində yer aldı. Bir çox
layihədə redaktor köməkçisi və redaktor kimi çalışdı.
Aldığı və sonradan tətbiq etdiyi bir çox təhsilin yanında 10 il ərzində ''memarlıq və sənaye fotoqrafçılığı'' sahəsində çox
mühüm bir fotoqraf olan a fotograf & film Studiyasında Ersin Alok ilə çalışdı.
Qadın Fotoqrafçılar Dərnəyinin təşkil etdiyi 1. Beynəlxalq İstanbul Qadın Filmləri Festivalının direktorluğunu həyata keçirdi.
10 May 2022-ci ildə qurulan Qadın Fotoqrafçılar Dərnəyinin qurucu üzvü və idarə heyətinin sədridir. Fotoqrafiya və
redaktorluq fəaliyyətlərini İstanbulda davam etdirməkdədir.
