Safiyə Otman 1993-cü ildə Antalya/Türkiyədə anadan olmuşdur. O, 2017-ci ildə Akdeniz Universitetinin Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq Bölümündən məzun olmuşdur. 2017-2020-ci illərdə Akdeniz Universiteti Gözəl Sənətlər İnstitutunda magistratura təhsilini başa çatdırmışdır. Müxtəlif təsisatlar tərəfindən təşkil edilən müsabiqələrdə yer almışdır. Onun sənət anlayışı və əsərlərində işlətdiyi mövzular qadın və gender məsələlərinə əsaslanır. Sənət təcrübəsini, texnikasını və biliklərini inkişaf etdirmək üçün çoxlu araşdırmalar nəticəsində magistr dissertasiyasında bu məsələlərə diqqət yetirmişdir. O, öz əsərlərində qadın bədənini və onun işarələrini şəkil və plastik elementlər kimi istifadə edir. Bu kontekstdə çoxlu qrup və kollektiv sərgələrdə iştirak etmişdir. 2019-2020-ci illər arasında 4 fərdi rəssamlıq sərgisi açmışdır. Fərdi emalatxanasında sənət həyatını davam etdirir.



